XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2020 - 23:38

ABŞ İrana qarşı sanksiyalarını daha da genişləndirib –Steven Mnuçin

ABŞ administrasiyası İrana qarşı sanksiyaları bir qədər də genişləndirib.

“USA Today” xəbər verir ki, maliyyə katibi Steven Mnuçin İranın inşaat sektoruna, istehsalatına, o cümlədən toxuculuq, mədən, polad və dəmir sənayesinə qarşı tətbiq etdikləri yeni sanksiyaların “İran rejiminin dünya boyu terrorizm fəıaliyyətləri”nə qarşı yönəldiyini açıqlayıb.

Bununla yanaşı, Vaşinqton İranın səkkiz yüksək rütbəli rəsmisinin də adını sanksiya siyahılarına salıb. Belə ki, həmin şəxslərin İraq ərazisində ABŞ və koalisiya hərbçilərinin yerləşdiyi bazalara bu günlərdəki ballistik raket hücumunda əli olduğu iddia edilir. ABŞ dövlət katibi Mayk Pompeo məhdudlaşdırıcı tədbirlərin İranın “daxili təhlükəsizlik aparatı”nı hədəf aldığını bildirib. (report)