XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2020 - 14:49

Ermənilər Qazax və Ağstafadakı mövqelərimizi atəşə tutub –Düşmən cavab zərbəsi ilə susdurulub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

Strateq.az DSX-nə istinadla bildirir ki, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub: “Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub”.