XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Yanvar 2020 - 22:10

Lavrov Çavuşoğlu ilə birgə mətbuat konfransında:"Sarrac sənədi imzalayıb, Həftər sabaha kimi vaxt istəyib"

Moskvada keçirilən Liviya danışıqlarında inkişafa nail olunub.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Liviya münaqişəsinin nizamlanmasına dair danışıqların yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Rusiya və Türkiyənin XİN və MN rəhbərləri Liviya tərəfi ilə görüşdə bu ölkədəki münaqişənin nizamlanması ilə bağlı sənədə baxıblar. Sarrac və Liviya parlamentinin nümayəndələri nizamlanma ilə bağlı sənədi imzalayıblar. Həftər isə sabaha kimi vaxt istəyib”, – deyə Lavrov qeyd edib/APA.