XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2020 - 14:43

Yunanıstanın Baş naziri Trampla görüşdə Türkiyəni hədələdi:"Hərbi güclə cavab verəcəyik"

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyəni təhdid edib.

Baş nazir ABŞ prezidenti Trampla görüşdə Türkiyəyə qarşı sərt mövqe sərgiləyib.

Bildirib ki, Ankara ilə Liviya arasında Şərqi Aralıq dənizi mövqeyindəki səlahiyyətləri genişləndirən anlaşma Yunanıstan tərəfini narahat edir.

Baş nazir K.Miçotakis Trampa Türkiyə tərəfinin Yunanıstanı ciddiyə almayacağı təqdirdə, hərbi güclə cavab verəcəklərini bildirib.

ABŞ Xarici işlər Naziri Mayk Pompeo isə Yunanıstanın Türkiyə ilə münasibətləri pisləşərsə, ABŞ tərəfinin bu məsələyə qarəşımayacağını və yardım etməyəcəyini deyib/Modern.az.