XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2020 - 17:47

Putin Mixail Mişustinin Baş Nazir təyin olunması haqda sərəncam verdi –Medvedevə yeni vəzifə verildi

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin, eyni zamanda, Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir/APA.