XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2020 - 19:19

MSK-dan seçki açıqlaması:"2358 nəfərdən 1560 nəfərin deputatlığa namizədliyə qeydə alınıb"

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

P.Pənahov onu da bildirib deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri bildirib ki, hazırda bu proses davam edir/Report.