XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 17:59

Zakir Həsənov gürcü həmkarı ilə mətbuat konfransında:"Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov:gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüsan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib/Report.