XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 18:32

Tramp Davos Forumunda:"Hazırda ABŞ-da heç vaxt olmadığı qədər iqtisadi bum yaşanır"

“Hazırda ABŞ-da heç vaxt olmadığı qədər iqtisadi bum yaşanır”.

Bunu ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

O, Avropa ölkələrini həqiqi enerji təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın dəstəyindən istifadə etməyə çağırıb.

D.Tramp həmçinin hazırda ABŞ-ın Çinlə münasibətlərinin heç vaxt olmadığı qədər yaxşı olduğunu vurğulayıb: “Mənim Si Cinpinlə əla münasibətim var. O, Çin üçün, mən isə ABŞ üçün, ancaq, bununla belə, bir-birimizi sevirik”.

O, ABŞ-ın “Trilyon ağac” təşəbbüsünə qoşulacağını da söyləyib: “İndi bədbinlik deyil, nikbinlik vaxtıdır”.

Xatırladaq ki, 2019-cu ilin yanvarında isveçrəli alimlər qlobal istiləşmə ilə mübarizə üçün trilyon ağac əkməyə çağırış etmişdilər. Onların hesablamalarına görə, növbəti onilliklərdə yeni ağaclar 750 milyard ton CO2 uda biləcək. Bu, son 25 ildə atmosferin çirkləndiyi rəqəmə bərabərdir/Report.