XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 17:52

Azərbaycan və Monqolustan prezidentləri arasında görüş olub –FOTO

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.

Strateq.az xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.