“Seçki Məcəlləsinə azı 10 gün qalmış səsvermə bülletenləri hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri həmçinin çıxışında siyasi partiyalara da müraciət edib. Onun sözlərinə görə, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb:
“Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda, o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq. Bu barədə növbəti iclasımıza qədər partiyalar bizə məlumat verməlidir”.
Report