XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 20:36

Daha 3 nəfərin cəsədi dağıntı altından çıxarıldı –Türkiyədə zəlzələ qurbanlarının sayı artır

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı 25-ə çatıb.

Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, az əvvəl Elazığın Mustafa Paşa məhəlləsindəkı dağıntıların altından daha 3 nəfərin cəsədi çıxarılıb: “Bu gün 39 nəfər çökən binanın dağıntıları altından xilas olunsa da, nə yazıq ki, az əvvəlki axtarış zamanı daha 3 nəfərin meyiti tapıldı. Bununla da, zəlzələdə həyatını itirənlərin sayı 25-ə çatıb. Hazırda axtarışlar davam edir”.

Xatırladaq ki, bu gün elə bu məhəllədəki dağıntı altından 39 nəfər, o cümlədən 65 yaşlı qadın 19 saatdan sonra sağ çıxarılıb.