XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 15:33

Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 35-ə çatdı –Dağıntıların altından daha 4 nəfərin cəsədi çıxarıldı

Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı artıb.

Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, az əvvəl Elazığın Mustafa Paşa məhəlləsindəkı dağıntıların altından daha 4 nəfərin cəsədi çıxarılıb.

Bununla da zəlzələdə həlak olanların sayı 35-ə yüksəlib.

Xatırladaq ki, Elazığda baş verən dəhşətli zəlzələ nəticəsində 1607 nəfər insan yaralanıb, 45 nəfər dağıntılar altından xilas edilib.