XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 15:27

Azərbaycanın Çindəki səfiri:"Tələbələr  mənzillərdən, yataqxanalardan çıxa bilmirlər"

“Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.

Bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV-nin birbaşa yayınında bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər”, – səfir deyib.

O, Vuhan şəhərində rəsmi olaraq karantin elan edildiyini bildirib.

“Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çaxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxartmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq. Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, – diplomat fikrini tamamlayıb/Report.