Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.
Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də açıqlama verib.
O bildirib ki, 7 saat şəkən görüş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi baş tutub: “Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. Sabah danışıqların növbəti raundu keçiriləcək”.