XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 10:25

“Hökumətin nə dediyi vecimizə deyil, bizə kömək edin” –Çinli tibb bacısı dünyaya müraciət etdi + VİDEO

Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.

Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib.

Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir:

“Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə, Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək, geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin”/xezerxeber.az