Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün növbəti mərhələsi başlayıb.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan “Twitter” səhifəsində qeyd edib.
O bildirib ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edir.
Xatırladaq ki, azərbaycan və Ermənistan XİN başçıları arasında görüşün ilk mərhələsi dünən baş tutub. Görüş 7 saat davam edib. /APA