“Biz marağındayıq ki, çatışmazlıqlar olmasın. Əgər olarsa, biz onu edənləri cəzalanıdrırıq”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, MSK Milli Məclisə seçkilər zamanı sosial şəbəkələrə diqqət yetirəcək: “Necə ki, bələdiyyə seçkilərində bunu etdik. Parlament seçkilərində sosial şəbəkələrə ondan da çox diqqət yetirəcəyik”.
Report