XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 16:52

Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verildi –Sərəncam + SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına isə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova isə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.