XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2020 - 19:28

Çavuşoğlu:"Türkiyə Dağlıq Qarabağ məsələsinə böyük diqqət ayıracaq"

“Dağlıq Qarabağ münaqişəsində həll yolu tapmaq üçün səylərimizi davam etdiririk”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndələri ilə görüşü zamanı deyib.

O vurğulayıb ki, bu il də Qarabağ məsələsinə böyük diqqət ayıracaqlar: “Rusiya bu məsələyə öz təsirini göstərsə, biz onu həll edəcəyik”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb/Trend