XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2020 - 14:44

Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yol düşüb

Yeni tip koronavirus epidemiyasının yayıldığı Vuhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün təyyarə Ankaradan Çinə yol düşüb.

Ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb.

Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb.  

Təyyarə Vuhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 47 nəfər Türkiyəyə gəldikdən sonra Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.  /Anadolu