XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 15:18

Çindən Azərbaycana gələn bir neçə tələbə karantinə alınıb – İki qurum birgə məlumat yaydı

Koronavirusun ilk aşkar olunduğu Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Strateq.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir: “Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb”.