XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 17:15

Daha bir general təqaüdə göndərildi –Nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

O, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: “Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib”.

Qeyd edək ki, bu il yanvarın 26-da H. Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.