MSK bu gün keçirilən iclasda Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış namizədi Fatma Yıldırıma rəsmi xəbərdarlıq edib.
Strateq.az xəbər verir ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir: “Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb”.
Xatırladaq ki, MSK-nın bugünkü iclasında 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənovla 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynova da rəsmi xəbərdarlıq edilib.
Buna səbəb həmin dairədən YAP-ın namizədi, deputat Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsinin şikayəti olub. Bildirilib ki, Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək, K.Qafarova qarşı kampaniya aparıblar.