XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 17:38

İran ABŞ-ı və Səudiyyə Ərəbistanını təhdid etdi

“İranın bölgə ölkələrinə göndərdiyi yardımı Səudiyyə Ərəbistanı, ABŞ və ya hər hansı digər dövlət saxlamağa cəhd etsə, bölgədə nəzarəti çətin olan bir yanğın alovlanmış olacaq”.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məqsud Cəzairi deyib. General qarşı tərəfə, həmçinin, İranın soyuqqanlılığının da bir sərhəddi olduğu mesajını verib.

Cəzairini bu qədər qəzəbləndirən məsələ ölkəsindən Yəmənə gedən yardımların müxtəlif əngəllərə ilişməsidir. Bir neçə dəfə husilərə yardım aparmaq istəyən İran təyyarələrinin enişinə imkan verməyən Səudiyyə Ərəbistanıyla bərabər, ABŞ da dəniz yoluyla eyni missiyanı yerinə yetirməyə çalışan İran gəmilərinə mane olur.

İran generalının bu təhdid dolu fikirlərini şərh edən ABŞ Müdafiə Nazirliyinin sözcüsü Stev Varren isə rəsmi Tehrana hümanitar yardımları BMT vasitəsilə ünvana çatdırmağı məsləhət görüb. Qeyd edək ki, BMT-nin bu hümanitar missiyası Cibutudə qurulub.

Heydər Oğuz

Strateq.az