XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2020 - 10:59

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

secki-2020.az saytının xəbərinə görə, missiya Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək.

Missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək. (Report)