XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 18:24

Avropa İttifaqı Donald Trampın təklifini rədd etdi –Fələstinlə bağlı

“Avropa İttifaqı ABŞ-ın Yaxın Şərqdəki barışıq təşəbbüsü çərçivəsində İsrailin İordan çayının qərb sahilində işğal etdiyi Fələstin torpaqlarını bu ölkənin tərkib hissəsi olaraq tanımaq təklifi ilə razı deyil”.

Bunu Aİ xarici işlər və təhlükəsizlik siyasəti yüksək nümayəndəsi Josep Borrel bildirb.

“Biz xüsusilə İordan çayı vadisi və qərb sahilindəki başqa ərazilərin ilhaqının mümkünlüyünə dair bəyanatlardan narahatıq. Aİ beynəlxalq hüquq normaları, BMT-nin qətnamələrinə uyğun olaraq, 1967-ci ildən sonra işğal olunmuş torpaqlar üzərində İsrailin suveren hüquqlarını tanımır”, – açıqlamada qeyd olunub.

Avropa İttifaqının İsrail-Fələstin münaqişəsinin dinc yolla həllinə dair bütün səylərə tamamilə sadiq qaldığı, “1967-ci il sərhədlərində …iki dövlət yaratmaq prinsipini hər iki tərəfin qəbul edəcəyi dəyişikliklərin də mümkün olacağı şərti ilə” bundan sonra da dəstəkləyəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, yanvarın 28-da ABŞ prezidenti Donald Tramp “əsrin müqaviləsi” adı qoyulan İsrail-Fələstin münaqişəsinin dinc yolla həlli planının başlıca müddəalarını açıqlayıb. Daha çox İsrailin xeyrinə olan bu plan gələcəkdə məhdud səlahiyyətli Fələstin dövlətinin qurula biləcəyini nəzərdə tutur/Report.