XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 19:05

Saakaşvilidən Azərbaycandakı seçkilərlə bağlı maraqlı açıqlama:"Bu, Prezident İlham Əliyevin apardığı islahatın davamı olacaq"

“Düşünürəm ki, Azərbaycanın parlaq gələcəyi var, çünki onun, ölkənin irəli getməli olduğunu başa düşən müdrik və güclü lideri var”.

Strateq.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili virtualaz.org-un müxbiri ilə söhbətində deyib.

Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstandır. Amma o təəssüf edir ki, Gürcüstanda bəzi insanlar bunu anlamırlar. 

“Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Lakin tezliklə Gürcüstanda hər şey dəyişəcək və münasibətlərimiz daha da intensiv və məhsuldar şəkildə inkişaf edəcək”, – deyə siyasətçi vurğulayıb.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, M.Saakaşvili son vaxtlar dost ölkədə daxili siyasi prosesləri izləmədiyini təəssüflə etiraf edib, lakin onların demokratik və azad mühitdə keçiriləcəyinə əminliyini bildirib: “Heç nə bir yerdə dayanmır və şübhə etmirəm ki, Azərbaycanda seçkilər Prezident İlham Əliyevin başladığı islahatları davam etdirəcək. Bir daha təkrar edirəm: Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Ümid edirəm ki, seçkilərə yüksək qiymət veriləcək”.