XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 17:06

Daha bir nəfərin deputatlığa namizədliyi ləğv edilib –MSK

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyasının sədrinin müraciətinnə baxıılıb.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib. A. Muxtarova deyib ki, DSK sədri müraciətindən sonra MSK müraciəti araşdırıb: “Dövlət orqanlarına verilən sorğu əsasında həqiqətən də məlum olub ki, həmin şəxsin Rusiya vətəndaşlığı da var”.

MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.