XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 18:11

“Dairədə qanun pozuntuları ilə bağlı birinci MSK-ya müraciət etmək lazımdır” –MSK sədri

“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına müraciət etmək lazımdır, məhkəməyə yox”.

Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və bununla bağlı məhkəməyə müraciət edib.

MSK sədrinin sözlərinə görə, belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır: “Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”.

Qeyd edək ki, iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.