XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2020 - 18:23

Parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb –MSK

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77721 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Pənahov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 883beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına fevralın 4-dək təqdim etməli idilər. 

Pənahov əlavə edib ki, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzü, 2085 vəkil qeydiyyatdan keçib.