XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 16:00

Məzahir Pənahovdan xəbərdarlıq: "Onlar haqqında ciddi ölçü götürüləcək"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.

O qeyd edib ki, bu dəfə paylaşılan məlumatlara bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib. Kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

Report