XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2020 - 21:14

“Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb” –DİN açıqlama yaydı

Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Bu barədə Strateq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb: “Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb”.