Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə bu gün saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb/APA.