XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 21:27

Ceyms Cefri Ankaraya gəldi:"Türkiyə əsgərləri Rusiya və Əsədin təhdidləri ilə üz-üzədir, hər cür dəstək vermək istəyirik"

Türkiyənin İdlibdə dünən 5 əsgərinin şəhid olmasının qisası olaraq, bu gün Əsəd Ordusuna ağır zərbə endirməsindən dərhal sonra ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Ankaraya gəlib.

Strateq.az xəbər verir ki, Cefri elə hava limanında türk jurnalistlərin suallarını cavablandırıb.

O ötən gün İdlibdə şəhid verən Türkiyə və onun  xalqına başsağlığı verib və deyib ki, Türkiyə ABŞ-ın müttəfiqidir: “Müttəfiqimiz Türkiyənin hərbçiləri təhdidlə üz-üzədir. Bu təhdid Rusiya və Əsəd hökumətlərindən gəlir. İdlibdə şəhidləriniz var, başınız sağ olsun. Bu gün Ankaraya gələrək, Türkiyə hökuməti ilə durumu gözdən keçirib, Türkiyəyə hər cür dəstək vermək istəyirik”.

Strateq.az