Bakı şəhər İcra HakimiyyətiMüsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.
Meriyadan Strateq.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Xatırladaq ki, dünən Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhəri metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.