XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 18:23

MÜXALİFƏTİN MİTİNQİNƏ İCAZƏ VERİLDİ –Bakı meriyası qərarını dəyişdi, narazılara "Lökbatana gedin" dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Meriyadan Strateq.az-a verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub:

“Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq bu məsələyə yenidən baxıb. Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə saat 15:00-dan 17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 may küçəsi “Neftçi” İdman Klubu İctimayi Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsini təklif edirik”.

Xatırladaq ki, dünən Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhəri metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

Meriya bu gün həmin müraciətə “yox” deyib.