XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2020 - 21:11

Poroşenko Putinlə 19 saatlıq tarixi görüşündən danışdı:“Bu, mənim həyatımda ən dəhşətli gecələrdən biri idi”

“2015-ci ildə “Normand dördlüyü” liderlərinin görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə apardığım danışıqlar həyatımın ən dəhşətli gecəsi idi”.

Bu barədə Ukraynanın sabiq Prezidenti Petro Poroşenko “Ukrainskaya pravda” qəzetində yayımlanmış məqaləsində bildirib.

Onun sözlərinə görə, Minsk sammitində gələcək razılaşmaları müzakirə etmək üçün Rusiya Prezidenti ilə 19 saatlıq yorucu marafondan keçməli olub.

Sabiq Prezident Rusiya liderini soyuq və qəddar danışıq aparan biri kimi xarakterizə edib.

“Bu, mənim həyatımda ən dəhşətli gecələrdən biri idi”, – deyə P. Poroşenko vurğulayıb./APA.