XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 16:45

Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istədi:"İrimiqyaslı korrupsiya barədə məlumata sahibəm"

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə bu gün A. Nazarbayev “Facebook”da bildirib. 

Nazarbayev ailəsinin ona təzyiq göstərdiyi üçün bu addımı atdığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya barədə məlumata malikdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

Məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Xatırladaq ki, N. Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb. A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib/APA.