XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 19:40

“QURTARDI” –Hadı Rəcəbli qalib olduğu dairənin nəticələrinin ləğvinə belə münasibət bildirdi

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsində qanun pozuntuları ilə bağlı edilmiş şikayətlərə baxılıb.

Strateq.az xəbər verir ki, İclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib. Nəticələrə görə, sözügedən dairənin qalibi Hadi Rəcəblinin qələbəsi etibarsız hesab edilib.

Məsələ ilə AZXEBER.COM Hadi Rəcəbli ilə əlaqə saxlayıb. Telefonuna cavab verən keçmiş deputat müxbirimizin sualına məhəl qoymadan yanındakı şəxsə “Qurtardı” deyərək dəstəyi asıb.

Ona verilən sualları cavabsız qoyan Hadi Rəcəbli daha sonra telefonunu söndürüb.