XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 17:04

MSK sədri:“Bütün görüntülər araşdırılacaq, pozuntuları edən şəxslər cəzalandırılacaq”

Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır.

Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan qanun pozuntuları ilə bağlı görüntülər araşdırılacaq, bu pozuntuları edən şəxslər cəzalandırılacaq: “Sosial şəbəkələrdə qanun pozuntularına dair videoların yayılması çox gözəl ənənədir. Bu görüntüləri yayanlar bizim əsl köməkçilərimizdir. Eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin. Biz hər kəsə bu şəraiti yaradırıq”.

APA