XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 17:54

CƏBHƏDƏ DÜŞMƏN TƏXRİBATI:hərbi qulluqçumuz şəhid oldu - MN-dən açıqlama

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib və cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə, bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib.