XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 16:55

34 saylı dairə üzrə 7 məntəqənin nəticələri etibarsız hesab edilib – MSK-dan qərar

MSK-nın bugünkü iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə üzrə də qərar verilib.

Strateq.az xəbər verir ki, şikayətlərlə bağlı məlumat verən MSK üzvü İlkin Şahbazovun sözlərinə görə, müraciət edən namizədlər pozuntularla bağlı ümumilikdə 36 məntəqə üzrə 35 protokol təqdim ediblər: “Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb”.

Nəhayət, müzakirələrdən sonra bu dairə üzrə 7 məntəqədəki ( 1, 2, 3, 4, 18, 30 və 38 saylı) səsvermənin nəticələri etibarsız hesab edilib

Xatırladaq ki, 34 saylı Xətai ikinci seçki dairəsinin lider namizədi Rus icmasının sədri, deputat  Mixail Zabelindir.