XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 16:27

MSK 29 və 123 saylı dairələrlə bağlı qərar verdi – 2 məntəqədə səslər etibarsız sayıldı, digər dairə ilə bağlı şikayəti isə DSK araşdıracaq

MSK-nin bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Strateq.az verir ki, müzakirələrdən sonra şikayətin dairə seçki komissiyasına göndərilməsi haqda qərar verilib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsi üzrə lider namizəd Arpadarai Nigar Cavid qızıdır.

MSK, bugünkü iclasda 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verərək, bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nətciəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillər təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib”.

Müzakirələrdən sonra 1 və 16 saylı  seçki məntqələrində səsvermənin nəticələrinin etibarsız sayılması haqda qərar verilib.

Bu dairədə isə lider namizəd icra başçısı Aqil Məmmədovdur.