XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 18:08

MSK-dan 125 saylı dairə ilə bağlı daha bir qərar:11 məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat İmamverdi İsmayılovdur.