XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 18:42

MSK Səməd Seyidovun lider olduğu dairə ilə bağlı şikayəti araşdırdı –Məntəqələrdən birinin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsindən namizəd Ramin Göyüşovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində 12 məntəqə üzrə 20 videogörüntü, akt və digər sənədlərin surətlərini təqdim edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar məlum olub ki, bir məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”. 

İclasda həmin dairənin bir seçki (2 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report

Xatırladaq ki, bu dairədən lider namizəd deputat Səməd Seyidovdur.