XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2020 - 20:30

Ziyad Səmədzadənin lider olduğu dairə üzrə şikayətlər… –4 məntəqədə səsvermənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyev müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK bildirib ki, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, bu dairənin lider namizədi Ziyad Səmədzadədir.