XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 21:55

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib –FOTOLAR

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub/Azərtac.