XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 18:03

MSK 81 saylı dairə üzrə də qərar verdi – 4 məntəqənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Şahin İsmayılovdur.