XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 20:34

MSK-dan 22 saylı dairə ilə bağlı qərar:4 məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.

İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.

Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib/Report.

Qeyd edək ki, bu dairənin lider namizədi partiya sədri, depitat Asim Mollazadədir.