XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 17:10

MSK daha bir dairə ilə bağlı qərar verdi –Bir məntəqədə nəticələri etibarsız sayıldı

MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Aydın Hüseynovdur.